Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara əsasən 1978-ci ildən etibarən hər il sentyabr ayının sonuncu cümə axşamı “Beynəlxalq Dəniz Günü” kimi qeyd olunur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 24–30 sentyabr 2012-ci il tarixləri “Xəzər həftəsi” elan edilmiş və bu tarixdən etibarən hər il ənənəvi olaraq davam etdirilmişdir.
Qaz Emalı Zavodu da öz növbəsində “Xəzər həftəsi”nə qoşularaq sahil ərazilərində iməclik işləri həyata keçirib. Bu ənənənin davamı olaraq, 25 sentyabr 2025-ci il tarixində Qaz Emalı Zavodunda dənizsahili zolaqda müvafiq təhlükəsizlik tədbirlərinə ciddi riayət etməklə "Xəzər dənizinin sahilinin tullantılardan təmizlənməsi" aksiyası keçirilmişdir, aksiya çərçivəsində toplanan tullantıların müqaviləyə əsasən təhvil verilməsi təmin olunmuşdur.
Bu tədbir ictimaiyyətin diqqətinin dənizlərin mühafizəsinə cəlb edilməsi, ətraf mühitin mühafizəsi üzrə səylərin birləşdirilməsi, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, ekoloji təbliğat və maarifləndirmə məqsədi daşıyır.
SOCAR Downstream Qaz Emalı Zavodunun əməkdaşlarının iştirakı ilə ərazidən 2 m³-ə yaxın tullantılar yığılaraq, təmizləmə işləri həyata keçirilmişdir.
Aksiyada iştirak edən hər bir əməkdaşımıza təşəkkürümüzü bildiririk!