Haqqımızda
“SOCAR Downstream Management” MMC (SDM) 27 dekabr 2019-cu il tarixində SOCAR-ın tabeliyində olan neft-qaz emalı və neft-kimya sənayesi müəssisələrinin yenidən qurulması, modernizasiyası, habelə həmin müəssisələrin emal, istehsal, əməliyyat, keyfiyyətə nəzarət, əməyin təhlükəsizliyi və s. işlərinin idarə edilməsi, təşkili, onlara nəzarətin gücləndirilməsi məqsədilə SOCAR tərəfindən yaradılmışdır.
2021-ci ildə təsdiq edilmiş və 2035-ci ilədək olan dövrü əhatə edən SOCAR-ın Korporativ Strategiyası da Daunstrim istiqaməti qarşısındakı əsas məqsədi emal və kimya müəssisələrinin inteqrasiyasının gücləndirilməsi, əməliyyat mükəmməlliyi və inkişaf kimi müəyyən etmişdir.