0%

Karyera imkanları


İşə qəbul prosesi

"SOCAR Downstream Management" MMC-də işə qəbul Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərini nəzərə almaqla, şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçiririk. Müsabiqə prosesi müraciətlərin ilkin seçimi, namizədlərin test imtahanlarında iştirakı (və/və ya digər yoxlama-ölçmə vasitələri ilə ("case study", açıq tipli tapşırıqlar və s.) qiymətləndirilməsi) və müsahibə və ya peşə sınaq imtahanı olmaqla 3 mərhələdən ibarətdir. "SOCAR Downstream Management" MMC-də və onun idarəetməsinə həvalə edilən müəssisə və təşkilatlarda yaranan vakansiyaları mütəmadi olaraq saytın "Vakansiyalar" bölməsində elan edirik. Vakansiyalara müraciət edən namizədlərin ilkin seçimini isə vakansiyanın təsviri formasında qeyd olunan kvalifikasiya tələblərinə uyğun olaraq həyata keçiririk. İlkin seçimin nəticələrinə uyğun olaraq namizədləri müsabiqənin növbəti mərhələsi olan test imtahanına cəlb edirik. Test imtahanında qənaətbəxş nəticə göstərən namizədləri isə müsabiqənin yekun seçim (müsahibə və ya peşə sınaq imtahanı) mərhələsinə cəlb edirik.

Müsabiqənin bütün mərhələləri ilə bağlı vətəndaşın profilində qeyd etdiyi elektron poçt ünvanına və mobil telefonuna müvafiq bildirişlər göndəririk.

Öyrənmə və inkişaf prosesi

Öyrənmə və İnkişaf komandası təşkilat daxilində işçilərin böyüməsini gücləndirmək və daha yaxşı biznes performansını təmin etmək üçün onların bilik və bacarıqlarını inkişaf etdirməkdə cavabdeh olan bölmədir. Əməkdaşların texniki və yumşaq bacarıqlarının inkişafı məqsədilə təşkilatda mütəmadi olaraq müxtəlif Öyrənmə və İnkişaf proqramları tətbiq edilir. Bu istiqamətdə daxili və xarici təlimlərin və öyrənmə layihələrinin təşkili, təcrübə proqramlarının təşkili, istehsalat turlarının təşkili, yeni öyrənmə trendlərinin izlənilməsi və tədbiqi nəzərdə tutulmuşdur.

Əsas fəaliyyətlərimiz

-Təşkilatın öyrənmə ehtiyaclarının təhlili
-Daxili və xarici təlimlərin və öyrənmə layihələrinin təşkili
-Öyrənmə effektivliyinin təhlili
-Təcrübə proqramlarının təşkili
-Təlim və öyrənmə materiallarının hazırlanması
-Daxili təlimçi bazasının yaradılması
-Öyrənmə portalının yaradılması
-Yeni öyrənmə trendlərinin izlənilməsi və tətbiqi
-Öyrənmə ehtiyacları üzrə dəstək
-İstehsalat turlarının təşkili
-Xarici ölkələr ilə təcrübə mübadiləsi ( Türkiyə, Almaniya, ABŞ və s)
-Öyrənmə mədəniyyətinin şirkət daxili stimullaşdırılması ( Learining in the flow of life)
-UDEMY Online learning
-Universitetlərlə Mini MBA proqramı