SOCAR Downstream Management Laboratoriyalarının məqsədi məhsul keyfiyyətini, standartlaşdırmanı, səmərəli əməliyyatları, rəqəmsallaşmanı, sahə prosess analizatorlarının davamlılığını və laboratoriyaların ISO/IEC 17025 uyğunluğunu təmin etməkdir. Mərkəzləşdirilmiş əməliyyatlar bütün Downstream istehsal vahidlərinin laboratoriyalarında mütəxəssis və peşəkar işçi heyəti ilə təmin edilir:
- Heydər Əliyev Neft Emalı Zavodu (NEZ) Məhsul Keyfiyyəti Laboratoriyası
- Petrokimya (Azərkimya) Məhsul Keyfiyyəti Laboratoriyası
- Karbamid (Gübrə) Zavodu Məhsul Keyfiyyəti Laboratoriyası
- Metanol Zavodu Məhsul Keyfiyyəti Laboratoriyası
- Qaz Emalı Zavodu Məhsul Keyfiyyəti Laboratoriyası
- Polimer Zavodu Məhsul Keyfiyyəti Laboratoriyası
Əsas Vəzifələr:
- Keyfiyyətin Təminatı: Laboratoriya məhsulların yüksək keyfiyyət standartlarına və beynəlxalq normalara uyğun olduğunu təmin etmək üçün sınaqlar həyata keçirir. Bu, istehsalatın hər mərhələsində xammal qəbulundan son məhsul istehsalına qədər , eləcə də idxal məhsullarında keyfiyyətə nəzarəti əhatə edir.
- Əməliyyatların Səmərəliliyi: Laboratoriya heyəti istehsalat müəssisələrinin laboratoriyalarının fəaliyyətini izləyir və qiymətləndirir, səmərəliliyi artırmaq və əməliyyat xərclərini azaltmaq üçün strategiyalar hazırlayır, həmçinin rəqəmsallaşmanın effektiv tətbiqi üçün maliyyə təhlilləri edir.
- Təhlükəsizlik və Uyğunluq: Laboratoriya bütün əməliyyatların beynəlxalq sənaye standartlarına və təhlükəsizlik qaydalarına uyğunluğunu dəstəkləyərək, həm işçi heyətinin, həm də ətraf mühitin qorunmasını təmin edir.
- Texniki Dəstək: Laboratoriya istehsalat müəssisələrinin laboratoriyalarına və xarici müştərilərə proseslərin optimallaşdırılması və problemlərin həlli ilə bağlı peşəkar mütəxəssis dəstəyi və laborator məsələhət xidməti təqdim edir. Daha ətraflı məlumat üçün Laboratoriya Xidmətləri səhifəsinə baxın.