SOCAR və “Uzbekneftqaz” arasında əməkdaşlıq çərçivəsində 22–26 sentyabr 2025-ci il tarixlərində «Neft-qaz müəssisələrində innovasiya fəaliyyətinin idarə olunması» mövzusunda təcrübə mübadiləsi proqramının növbəti mərhələsi keçirilmişdir. Proqramın əsas məqsədi “Uzbekneftqaz” rəhbərlərinin və mütəxəssislərinin innovasiya fəaliyyətinin idarə olunması sahəsində bilik və bacarıqlarının artırılması idi.
Təcrübə proqramı çərçivəsində 23 sentyabr 2025-ci ildə Uzbekneftqaz əməkdaşları “SOCAR Downstream Management” MMC və Heydər Əliyev adına Neft Emalı Zavoduna səfəri baş tutmuşdur. Səfər zamanı qonaqlara SDM və emal müəssisələrində həyata keçirilən layihələr, “Dəyər Yarat” proqramı, I&R, OT və APC sahələrində tətbiq olunmuş və planlanan innovativ və dijitallaşma çalışmaları təqdim olunmuşdur.