0%

SOCAR və "Uzbekneftegaz" arasında təcrübə mübadiləsi proqramları uğurla həyata keçirilir


16/09/2025

SOCAR və “Uzbekneftegaz” şirkəti arasında əməkdaşlıq çərçivəsində neft-qaz sənayesinin müxtəlif sahələrini əhatə edən təcrübə mübadiləsi proqramları həyata keçirilir.

Layihə çərçivəsində 15–19 sentyabr 2025-ci il tarixlərində “Uzbekneftegaz” şirkətinin əməkdaşları üçün “Neft-qaz biznesində risklərin idarə edilməsi” sahəsində təcrübə proqramı həyata keçirilmişdir.

16 sentyabr 2025-ci ildə proqram iştirakçıları Heydər Əliyev adına Neft Emalı Zavoduna səfər edərək zavodun istehsal sahələrini gəzib, müasir texnoloji proseslərlə yaxından tanış olub və yerində müzakirələr aparıblar.