0%

SOCAR Karbamid Zavodundan beynəlxalq akkreditasiya uğuru


16/10/2026

“SOCAR Karbamid” Zavodunun İstehsalat və Keyfiyyətə Nəzarət Laboratoriyası Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən ISO/IEC 17025 beynəlxalq akkreditasiyasını əldə edib.
Bununla da, Karbamid Zavodu SOCAR-ın Emal seqmentində Heydər Əliyev adına NEZ və “SOCAR Polymer” zavodlarından sonra bu akkreditasiyanı əldə edən növbəti istehsalat müəssisəsi olub.
Beynəlxalq akkreditasiya sertifikatı laboratoriyaların keyfiyyət idarəetmə sistemlərinin inteqrasiyası istiqamətində görülən işlərə rəhbərlik edən komandaya təqdim edilib.
SOCAR, həmçinin milli səviyyədə tanınmanın genişləndirilməsi məqsədilə Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) ilə strateji əməkdaşlığını davam etdirir.