0%

“SOCAR Karbamid” Laboratoriyası TÜRKAK Akkreditasiya auditini uğurla tamamladı


18/05/2026

“SOCAR Karbamid” zavodunun Laboratoriyası TÜRKAK ISO 17025 akkreditasiya auditini uğurla tamamlayıb.

Bu nəticə laboratoriya üçün ilk beynəlxalq akkreditasiya prosesi olmaqla yanaşı, keyfiyyət, etibarlılıq və beynəlxalq standartlara uyğun fəaliyyət istiqamətində mühüm mərhələ hesab olunur.

Audit zamanı TÜRKAK auditorları laboratoriyada yaradılmış keyfiyyət idarəetmə sistemini, sənəd idarəçiliyinin effektivliyini, personalın səriştəliliyini, proseslərin şəffaflığını və rəqəmsallaşma istiqamətində görülən işləri xüsusilə yüksək qiymətləndiriblər.

Bu nailiyyət laboratoriya komandasının peşəkarlığını, sistemli yanaşmasını və koordinasiyalı fəaliyyətini əks etdirir.