0%

SOCAR Downstream Management şirkətində çalışan BANM məzunları ilə görüş keçirildi


13/03/2026

SOCAR Downstream Management şirkətində çalışan Bakı Ali Neft Məktəbi (BANM) məzunlarının görüşü keçirilmişdir.

Səmimi və məhsuldar atmosferdə baş tutan görüş zamanı BANM məzunlarının ali təhsil dövründə qazandıqları möhkəm nəzəri bilik və formalaşdırdıqları praktiki bacarıqlar sayəsində neft sektorunda uğurla fəaliyyət göstərdikləri xüsusi vurğulanmışdır.

Eyni zamanda, məzunlar öz uğur hekayələrini bölüşərək çalışdıqları sahələr, qarşılaşdıqları peşəkar çağırışlar və əldə etdikləri nailiyyətlər barədə təcrübələrini tədbir iştirakçıları ilə paylaşmışlar.

Tədbir təhsil ilə sənaye arasında əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və gənc mütəxəssislərin gələcək karyera perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma olmuşdur.