SOCAR Downstream Management-in “İlin yekunu – 5 illik fəaliyyət” adlı townhall tədbiri baş tutmuşdur. Tədbir rəsmi və bədii hissələrdən ibarət olmuşdur. Rəsmi hissədə SOCAR-ın vitse-prezidenti Anar Məmmədov SOCAR Downstream-in 5 illik fəaliyyəti və əldə olunan əsas uğurlar barədə məlumat vermiş, daha sonra SOCAR Downstream Management-in baş direktoru Emil Alxaslı fəaliyyət nəticələrini auditoriyaya ətraflı şəkildə təqdim etmişdir.
Tədbir çərçivəsində “İlin layihəsi” və fərdi nominasiyalar üzrə SOCAR Downstream müəssisələrinin əməkdaşları mükafatlandırılmışdır. Townhall görüşündə SOCAR rəhbərliyi, SOCAR Downstream-in Müşahidə Şurasının üzvləri, eləcə də dövlət qurumlarını təmsil edən mötəbər qonaqlar iştirak edərək tədbirə xüsusi dəyər qatmışdır.
Bədii hissədə Azərbaycan milli rəqsləri və canlı musiqi proqramı iştirakçılara xoş əhval-ruhiyyə bəxş etmişdir.