SOCAR Downstream Management və Caspian AI Institute-un birgə həyata keçirdiyi “Benzin Hövuzunun Optimallaşdırılması” (GPO) layihəsi “Gartner Eye on Innovation Awards 2026” müsabiqəsində EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionu üzrə “Runner-Up” mükafatına layiq görülüb.
SOCAR-ın rəqəmsallaşma hədəflərinə uyğun olaraq ərsəyə gələn bu birgə layihə süni intellekt vasitəsilə benzin istehsalının optimallaşdırılmasına, keyfiyyət parametrlərinin real vaxt rejimində proqnozlaşdırılmasına və qərarvermə prosesinin sürətləndirilməsinə imkan yaradır.
Bu nailiyyət SOCAR Downstream və Caspian AI Institute arasında uğurlu əməkdaşlığın, innovativ yanaşmanın və qabaqcıl rəqəmsal texnologiyaların tətbiqinin nəticəsidir.