Məmnuniyyətlə bildiririk ki, Dünya İqtisadi Forumunun (WEF26) veb-saytında SOCAR prezidenti Rövşən Nəcəfin məqaləsi dərc olunub. Məqalədə qlobal enerji keçidində və Azərbaycanın dayanıqlı enerji gələcəyinə doğru yolunda ənənəvi enerji istehsalçılarının roluna xüsusi diqqət çəkilir.
“Niyə ənənəvi enerji istehsalçıları Azərbaycanın “yaşıl” enerjiyə keçid prosesində iştirak etməlidirlər” adlı məqaləsində cənab Nəcəf balanslaşdırılmış və inklüziv enerji keçidinin təmin edilməsində ənənəvi enerji istehsalçılarının mühüm rolunu vurğulayır. O, enerji keçidinin, enerji təhlükəsizliyinin və dayanıqlılığın əməkdaşlıq və uzunmüddətli məram sayəsində birlikdə necə irəliləməli olduğuna aydınlıq gətirir.
Əsas məqamlar:
▪️ Enerji keçidində ənənəvi enerji istehsalçıları fəal iştirak etməlidirlər. Onların infrastrukturu, təcrübəsi və investisiya potensialı qlobal enerji təhlükəsizliyi üçün vacib olaraq qalır.
▪️ Enerji keçidi real, inklüziv və ədalətli olmalıdır.
▪️ Azərbaycan karbohidrogen hasilatına əsaslanan iqtisadiyyatın bərpa olunan enerji istehsalının artırılması, ötürmə şəbəkələrinin modernləşdirilməsi və “yaşıl” infrastrukturun inteqrasiyası hesabına enerji təhlükəsizliyini təmin etməklə eyni zamanda dekarbonizasiyanı necə həyata keçirə biləcəyini nümayiş etdirir.
▪️ Azərbaycan günəş, su və külək elektrik stansiyası layihələri də daxil olmaqla bərpa olunan enerji mənbələrinin tətbiqində əhəmiyyətli irəliləyişə nail olub.
▪️ Energetika sahəsində regional əməkdaşlıq və “yaşıl” dəhlizlər təmiz enerjinin Azərbaycanın hüdudlarından kənara çatdırılmasını təmin edir.
▪️ SOCAR inkişaf edərək inteqrasiya olunmuş beynəlxalq energetika şirkətinə çevrilir. Onun perspektiv strategiyası özündə enerji təhlükəsizliyini, keçid təşəbbüslərini, rəqəmsallaşdırmanı və innovasiyaları birləşdirir.
▪️ Dekarbonizasiya istiqamətində iddialı hədəflər və “yaşıl” texnologiyalara yönəldilən investisiyalar enerji keçidində SOCAR-ın rolunu gücləndirir.
Daha ətraflı məlumat üçün tam məqaləni oxuyun: ⤵️
https://www.weforum.org/stories/2026/01/why-traditional-energy-producers-must-be-part-of-azerbaijan-s-green-transition/