0%

Heydər Əliyev adına Neft Emalı Zavodunun Laboratoriyası TÜRKAK beynəlxalq akkreditasiya sertifikatı ilə təltif olundu


24/12/2025

Sentyabr ayında keçirilən akkreditasiya auditinin uğurla tamamlanmasından sonra SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun Laboratoriyası dekabr ayında Bakı şəhərində TÜRKAK beynəlxalq akkreditasiya sertifikatı ilə təltif olunmuşdur. Sertifikat TÜRKAK-ın rəhbəri xanım Banu Müderessioğlu tərəfindən SOCAR-ın vitse-prezidenti cənab Anar Məmmədova rəsmi şəkildə təqdim edilmişdir.
2025-ci ildə akkreditasiya sahəsinin Avro-5 benzin (EN 228), tullantı suları və qaz sınaq parametrləri üzrə genişləndirilməsi SOCAR Downstream-in keyfiyyətə və beynəlxalq standartlara sadiqliyini bir daha təsdiqləyir. Eləcə də, ISO/IEC 17025 tələblərinə uyğun bu akkreditasiya sınaq nəticələrinin beynəlxalq səviyyədə tanınmasını təmin edir.