0%

Azərikimyada Town Hall görüşü baş tutub


31/07/2025

31 iyul 2025-ci il tarixində Azərikimyada Town Hall görüşü baş tutub.
Görüşdə SOCAR-ın vitse-prezidenti cənab Anar Məmmədov, SOCAR Downstream Management-in Baş direktoru cənab Emil Alxaslı, eləcə də SƏTƏM və İnsan Resursları üzrə məsul rəhbər şəxslər iştirak etdilər.

Görüş zamanı iki əsas mövzu ətrafında fikir mübadiləsi aparıldı:

SƏTƏM (sağlamlıq, əmək təhlükəsizliyi və ətraf mühit) – Təhlükəsiz və məsuliyyətli iş mühitinin təmin olunması, “insan həyatı hər şeydən önəmlidir” prinsipinin vurğulanması.

Təşkilati strukturun inkişafı – Azerikimya-nın yeni idarəetmə modeli və bu modelin effektivlik və şəffaflıq baxımından yaratdığı imkanlar.
Bu cür açıq və strateji yönümlü dialoqlar bir daha göstərir ki, birləşmiş məqsəd və güclü komanda ruhu ilə daha təhlükəsiz, daha dayanıqlı gələcəyə doğru irəliləyirik.