10 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə III Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilib.
SOCAR Downstream olaraq tədbirdə iştirak edərək ölkəmizin sənaye təhlükəsizliyi gündəliyinə biz də öz töhfəmizi verdik.
Tədbir çərçivəsində sənayedə təhlükəsizlik, əməyinmühafizəsi və ətraf mühitin qorunması sahəsində üçtərəfli əməkdaşlıq memorandumu imzalandı. Bu əməkdaşlıq ISO idarəetmə sistemləri, ESG prinsipləri və təhlükəsizlik normativləri üzrə yeni mərhələyə keçidi təmin edəcək.
10-dan çox spiker və 300-dən çox iştirakçının iştirak etdiyi tədbirdə sənaye təhlükəsizliyi mədəniyyətinin inkişafına dair faydalı müzakirələr aparıldı.