0%

28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilmişdir


28/04/2026

28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə “SOCAR Downstream Management” (SDM) tərəfindən onun tabeliyində fəaliyyət göstərən müəssisələrin iştirakı ilə tədbir təşkil edilib.
Tədbir çərçivəsində SDM və aidiyyəti müəssisələrin ekspertləri, eləcə də podratçı təşkilatların rəhbər heyətləri tərəfindən təqdimatlar keçirilib. İştirakçılarla Əməyin mühafizəsi və proses təhlükəsizliyi istiqamətində qabaqcıl təcrübələr və praktiki tövsiyələr verilib. Bununla yanaşı, iştirakçılar üçün maarifləndirici və interaktiv sual-cavab sessiyaları təşkil edilib, təhlükəsizlik sahəsində aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb, neft-qaz sənayesi üzrə qlobal miqyasda baş vermiş hadisələrin risk təhlili də təqdim olunub.
Tədbirin sonunda təhlükəsizlik dəyərlərinə sadiqlik və yüksək məsuliyyət nümunəsi göstərən əməkdaşlar mükafatlandırılıb.