0%

Emil Alxaslı

“SOCAR Downstream Management”in Baş Direktoru

Emil Alxaslı Aydın oğlu 6 dekabr 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və iqtisadi kibernetika” fakultəsində iqtisadi kibernetika ixtisası üzrə təhsil almışdır. Daha sonra Fransanın Ecole du Pétrole et des Moteurs (İFP) və Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində təhsilini davam etdirmiş Neft iqtisadiyyatı və idarəetmə ixtisası üzrə magistr proqramlarını bitirmişdir.

SOCAR-in Xarici Təqaüd Proqramının məzunudur.

Əmək fəaliyyətinə “McDermott Caspian” şirkətində başlamış, daha sonra “Total E&P” şirkətinin Layihələrin idarəedilməsi Departamentində təcrübə keçmişdir.

2009-cu ilindən etibarən SOCAR-da əmək faliyyətinə başlamışdır.

2016-cı ildə Baş ofisin Yenidənqurma Layihələrinin İdarə Olunması Departamentinə direktor müavini, sonra isə direktor vəzifəsinə təyin edilmişdir.

2018-ci ildən etibarən “SOCAR Türkiyə”nin Layihə İdarəetmə Ofisində Layihə Direktoru, daha sonra Biznesin İnkişafı və təşəbbüslərin idarə edilməsi üzrə direktor vəzifələrində çalışmışdır. “STAR” Neft Emalı Zavodun inşaatının tamamlanması və istismara verilməsində iştirak etmiş, bir sıra digər layihəyərə cəlb olunmuşdur.

2020-ci ildə SOCAR Downstream Management şirkətinin baş direktorun layihələr və sərmayələr üzrə müavini vəzifəsinə təyin edilmişdir. Hazırda şirkətin İcraçı direktoru kimi fəaliyyətini davam etdirir.

Ailəlidir, üç övladı var.