0%

Sumqayıt şəhəri ərazisində yerləşən emal müəssisələrinin fəaliyyətinə dair növbəti operativ müşavirə təşkil olunmuşdur


08/04/2025

8 aprel 2025-ci il tarixində Sumqayıt şəhəri ərazisində yerləşən emal müəssisələrinin fəaliyyətinə dair növbəti operativ müşavirə təşkil olunmuşdur.
Müşavirədə SOCAR rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin digər rəhbər şəxsləri və emal zavodlarının rəhbər heyəti iştirak etmişdir.
Tədbir çərçivəsində təhlükəsizlik sahəsində mövcud vəziyyət, tətbiq olunan nəzarət mexanizmləri və risklərin idarə olunması ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
Tədbirdə SOCAR-ın vitse-prezidenti cənab Fuad Musayev və Fövqəladə Hallar Nazirinin müavini cənab Adil Abdullayev da iştirak etmiş, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və gələcək fəaliyyətlərin koordinasiyası istiqamətində əhəmiyyətli müzakirələr aparılmışdır.