0%

“Sumqayıt” FK və “SOCAR Polymer” MMC arasında sponsorluq anlaşması


13/02/2025

“Sumqayıt” FK və “SOCAR Polymer” MMC arasında sponsorluq müqaviləsi imzalanıb. Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda keçirilən mərasimdə hər iki qurumun rəhbərliyi və tərəfdaş şirkətlərin nümayəndələri iştirak ediblər.
Müqaviləyə əsasən, klubun təlim-məşq bazası “SOCAR Polymer Arena” adlanacaq, stadion və bazanın reklam lövhələrində, həmçinin klubun rəsmi oyun formalarında “SOCAR Polymer” loqosu əks olunacaq.