0%

SOCAR-ın strateji rəhbərləri və aparıcı mütəxəssislərinin iştirakı ilə “Executive Workshop” təşkil olunmuşdur


03/02/2025

SOCAR və Yokogawa Europe B.V. arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində SOCAR-ın strateji rəhbərləri və aparıcı mütəxəssislərinin iştirakı ilə “Executive Workshop” (icraçı seminar) təşkil olunub.

Seminarda daunstrim dəyər zəncirinin optimallaşdırılması, modernizasiyası və genişləndirilməsi layihələri, enerji səmərəliliyi, rəqəmsallaşma və dekarbonizasiya mövzularında geniş müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.