0%

SOCAR Downstream Management (SDM) komandası Konqo Milli Neft Şirkətinin (SNPC) CORAF Neft Emalı Zavodunda sahə tədqiqatını uğurla tamamladı


04/12/2024

1-4 dekabr 2024-cü il tarixlərində SOCAR Downstream Management (SDM) komandası Konqo Milli Neft Şirkətinin (SNPC) CORAF Neft Emalı Zavodunda sahə tədqiqatını uğurla tamamladı. Bu səfər, cari ilin 11 oktyabrnda Layihənin İdarə Edilməsi üzrə Məsləhət (PMC) xidmətləri müqaviləsinin imzalanmasından sonra vacib bir mərhələ oldu.

SDM komandası zavodun texniki konfiqurasiyası və təşkilati strukturu ilə yaxından tanış olaraq dəyərli təcrübə qazandı. Eyni zamanda, Konqo Respublikasının zəngin mədəni irsi və tarixini kəşf etmək fürsəti, beynəlxalq əməkdaşlığın təməlinin daha da möhkəmlənməsinə töhfə verdi.