SOCAR-ın törəmə müəssisəsi "SOCAR Downstream Management" MMC (SDM) və "Axial FANS INT s.r.l" şirkəti (AFI) SOCAR-ın emal obyektlərində soyutma rejiminin təkmilləşdirilməsi və enerji istehlakının azaldılması məqsədilə yüksək effektivliyə malik UNIQUE ventilyatorların quraşdırılması üçün birgə texniki-iqtisadi əsaslandırmanın aparılmasına dair qarşılıqlı anlaşma memorandumunun imzalandığını məmnuniyyətlə elan edir.
Uğurlu əməkdaşlıq və UNIQUE ventilyator sistemlərinin quraşdırılması sayəsində elektrik enerjisinə qənaət olunacağı, soyutma rejiminin yaxşılaşacağı və nəticə etibarilə sənaye prosesinin səmərəliliyi və məhsuldarlığının ümumilikdə yüksələcəyi, eləcə də etibarlılığın artacağı və texniki xidmət tezliyinin azalacağı gözlənilir.
Sözügedən təşəbbüsün müvəffəqiyyətlə həyata keçirilməsi SOCAR-ın emissiyaların azaldılmasına yönəlmiş hədəflərini dəstəkləyir və onun dayanıqlı inkişaf, enerji səmərəliliyi və ətraf mühitin mühafizəsi üzrə öhdəliklərinə uyğundur.
SOCAR və "SOCAR Downstream Management" MMC haqqında
Baş ofisi Azərbaycanda yerləşən SOCAR enerji resurslarının hasilatı, emalı və paylanması üzrə ixtisaslaşmış qlobal enerji şirkətidir. Cənubi Qafqaz regionunda ən böyük inteqrasiya olunmuş enerji müəssisəsi kimi əhəmiyyətli qlobal iştiraka malikdir. Bu da müxtəlif beynəlxalq bazarlarda onun əhəmiyyətli olduğunu vurğulayır.
SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Downstream Management" MMC SOCAR-ın emal əməliyyatlarına nəzarət edir və Azərbaycanın energetika sektorunda iqtisadi inkişafın və dayanıqlılıq təşəbbüslərinin təşviq olunmasında mühüm rol oynayır.
"Axial FANS INT s.r.l" şirkəti haqqında
"Axial FANS INT s.r.l" bütün dünyada soyuducu sənaye sahələri üçün aksial ventilyatorlar və əlaqədar xidmətlər təmin edən aparıcı qlobal şirkətdir. Şirkətin patentləşdirilmiş məhsulları minlərlə tətbiq sahələrində quraşdırılıb və kritik mühitlərdə və sərt iqlim şəraitində işləyir. "Axial Fans Int." şirkəti qəti şəkildə inanır ki, dayanıqlığı yalnız davamlı təkmilləşdirmə yolu ilə qoruyub saxlamaq mümkündür.