Neft emalı proseslərinin rəqəmsallaşdırılması çərçivəsində növbəti layihələrdən biri olan Honeywell şirkətinin OMS (Operations Managament Suit) sisteminin təlimi keçirilmişdir. Honeywell şirkətinin peşəkar təlimçisi tərəfindən keçirilən təlimdə istifadəçilərə sistemdə mövcud olan modullar barədə məlumat verilmiş və praktiki məşğələlər keçirilmişdir.
OMS sistemi bizə istehsalat qurğularındakı vəziyyəti real vaxt rejimində monitorinq etmeyə, enerji istehlakının azaldılmasını dəstəkləməyə, məhsulun keyfiyyətini yaxşılaşdırmağa və avadanlıqların stressə davamlılığını artırmağa dəstək verəcəkdir. Sistem intuitiv, veb brauzer əsaslı elektron jurnal (logbook) ilə növbə əməliyyatlarını asanlaşdırır, manual qeydləri və cədvəlləri standartlaşdırılmış, avtomatlaşdırılmış məlumat daxil etmə və hesabatlarla əvəz edir. Nəticə olaraq bu sistemin tətbiqi əməliyyatların effektiv idarə edilməsini, sürətli qərar qəbulunu və daha təhlükəsiz zavod performansını təmin etməyi hədəfləyir.