5 fevral tarixində SOCAR Downstream Management MMC-nin (SDM) Keyfiyyətin Təminatı və Biznes proseslər komandasının təşkilatçılığı ilə Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) inteqrə olunmuş Keyfiyyət və SƏTƏM idarəetmə sistemlərinin tələbləri əsasında illik ənənəvi Rəhbərlik Təhlili toplantısı keçirilmişdir. Toplantıda SDM və NEZ rəhbərliyi və ümumilikdə 21 funksiyanın rəhbər heyəti iştirak etmişdir. Toplantı zamanı funksiya rəhbərləri ötən 2024-cü il üzrə öz fəaliyyətlərinin nəticələri barədə təqdimatlar etmiş və 2025-ci üzrə fəaliyyət planları barədə məlumat vermişlər. Bundan başqa, ötən ilki Rəhbərlik Təhlili toplantısında verilən qərarların cari statusuna baxılmışdır. SDM və NEZ rəhbərliyi fəaliyyət nəticələrinin yaxşılaşdırılması və qarşıdakı planların həyata keçirilməsi üçün öz tapşırıqlarını vermişlər.











