0%

Əməliyyat Mükəmməlliyi Proqramı çərçivəsində həyata keçirilmiş Aktivlərin İdarə edilməsi Proqramı (APM) Stork şirkətinin mütəxəssisləri ilə birgə Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) uğurla tamamlanmışdır


03/12/2024

Məmnuniyyətlə bildirmək istərdik ki, Əməliyyat Mükəmməlliyi Proqramı çərçivəsində həyata keçirilmiş Aktivlərin İdarə edilməsi Proqramı (APM) Stork şirkətinin mütəxəssisləri ilə birgə Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) uğurla tamamlanmışdır (2022-2024). APM Proqramı çərçivəsində risklərin idarə edilməsi zavodlarda təhlükəsizlik və ətraf mühitə təsirlərin nəzarətdə saxlanılması üçün əsas amillərdəndir. İstehsalat sahələrində aktivlərin səmərəli idarə edilməsində təcili iş yanaşmasından önləyici yanaşma sisteminə keçməyə birbaşa dəstəkdir.