0%

CORAF əməkdaşlarının SOCAR zavodlarına səfəri baş tutub


04/03/2025

Konqo Respublikasının CORAF Neft Emalı Zavodu ilə 2024-cü ilin 11 oktyabrında Layihənin İdarə edilməsi üzrə məsləhət (PMC) xidmətləri müqaviləsinə əsasən, təcrübələrin bölüşməsi və komandanın inkişafı məqsədi ilə CORAF əməkdaşları 2024-cü ilin Noyabr ayında Heydər Əliyev adına Neft Emalı Zavoduna və 2025-ci ilin Yanvar ayında STAR Neft emalı zavoduna səfər ediblər. Səfər zamanı istehsalat, tədbiq edilən layihələr və onların nəticəsi haqqında geniş məlumat verilmişdir.

Həmçinin Türkiyənin İzmir şəhərində keçirilən görüşdə CORAF Neft emalı zavodunun cari vəziyyəti, tədbiq edilə biləcək layihələrin analizi, İstehsal gücünü və effektivliyi artıra biləcək təşəbbüslər haqqında geniş məlumat verilmiş və müqaviəyə əsasən vacib mərhələ tamamlanmışdır.