Bu əlamətdar gün münasibətilə 21 iyul 2025-ci il tarixində SOCAR-ın Karbamid Zavodunda 50-dən çox media nümayəndəsinin iştirakı ilə xüsusi tədbir təşkil olunmuşdur.
Tədbir iki hissədən ibarət olmuşdur: rəsmi və mədəni hissə.
Rəsmi hissə zamanı media nümayəndələri Karbamid Zavodunun “Ağıllı Kimya Şəhərciyi” ilə tanış olmuş, müəssisə üzrə sahə turuna çıxmışlar. Mədəni hissədə isə iştirakçılar Azərbaycan Milli Konservatoriyasının muğam ifaçılarının təqdimatında unudulmaz musiqi saatlarının şahidi olmuşlar.