0%

6 fevral tarixində Dəyər Yaradılması komandası tərəfindən "Realizasiya İclası" keçirilmişdir


06/02/2025

6 fevral tarixində Dəyər Yaradılması komandası tərəfindən 2023-2024-cü illərdə təqdim olunmuş layihələrlə bağlı "Realizasiya İclası" keçirilmişdir. İclasda, bu müddət ərzində təqdim olunan layihələrin ümumilikdə proqnozlaşdırılan gəlirə uyğunluğu vurğulanıb. Proqnozlaşdırmadan fərqli nəticə göstərən layihələr daha detallı incələnərək qiymət fərqində rol oynayan məsələlər müzakirə edilib. İclasın nəticəsi olaraq, komanda gələcək layihələrdə daha yüksək dəqiqlik və effektivlik təmin etmək üçün yeni strategiyalar hazırlamaq qərarına gəlib. Bu yanaşma, şirkətin uzunmüddətli dəyər yaradılması məqsədlərinə uyğun olaraq, davamlı inkişafını təmin edəcəkdir.